Gündəm
Sürücülərin diqqətinə: Bakıda bu yol bağlı olacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən Azərbaycan prospektinin Çingiz Mustafayev küçəsi ilə kəsişməsindən Füzuli meydanına qədər olan hissəsində hərəkət tam olaraq məhdudlaşdırılacaq.
Bu barədə Axar.az-a Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, məhdudlaşdırma bir gün tətbiq ediləcək.
“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, – A.Nəcəfli qeyd edib.