Cəmiyyətİqtisadiyyat

Gəncəyə 10 milyon manat ayrıldı

Prezident İlham Əliyev Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AzToday.az xəbər verir ki, dövlət başçısı Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10,0 milyon manat ayırıb.

Bənzər yazılar

Back to top button