İdman

Transfer rekordu qırıla bilər – 224 milyon avro

“Mançester Yunayted” Paul Poqbanın qiymətini müəyyənləşdirib.

Fanat.Az “The Sun”a istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” fransalı ulduzu istəyən klublardan 224 milyon avro tələb edəcək. Bu satış reallaşsa, transfer rekordu qırılacaq. Hazırda rekord “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunan Neymara məxsusdu.

Qeyd edək ki, Poqba son dövrlər baş məşqçi Joze Mourinyo ilə yola getmir. Fransalı futbolçu baş məşqçinin taktikasını tənqid edəndən sonra kapitan sarğısından məhrum edilib. Onun xidmətində “Barselona” və “Yuventus”un maraqlı olduğu bildirilir. “Mançester Yunayted” Poqbanı 105 milyon ödəyərək “Yuventus”dan transfer etmiş və transfer rekordunu qırmışdı.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button