GündəmManşetÖnə çıxanlarSiyasət

Putin: Rusiya Azərbaycanda rus dilinə olan dəstəyi yüksək qiymətləndirir

Rusiya Azərbaycanda rus dilinə hakimiyyət və cəmiyyət tərəfindən verilən dəstəyi yüksək qiymətləndirir. Bu barədə, TASS-ın məlumatına görə, RF prezidenti Vladimir Putin Doqquzuncu Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxış edərkən bildirib.

“Rus dilinə olan marağı görürük və yüksək qiymətləndiririk. Və bu, təkcə Azərbaycan vətəndaşlarının rus dilinə olan marağı deyil, həm də dövlət tərəfindən, bələdiyyələrdə, şəhərlərdə köməkdir”, deyən prezident qeyd edib ki, respublikada rus dilində dərs verən 300-dən çox məktəb işləyir. Bu zaman, Putin qeyd edib ki, “əsas baza (rus dilinə dəstəyin) insanların ürəklərində, başlarındadır”.

Ümumilikdə, RF prezidenti qey edib ki, Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. O cümlədən, elmi və tələbə mübadilələrinin sayı artır, yüksək peşəkarlıq səviyyəsinə malik kadrların hazırlanması üzrə birgə proqramlar işlənib hazırlanır və s. “Biz, şübhəsiz ki, ölkələrimizin təhsil, mədəniyyət, elm sahəsində əlaqələrinə hər cür təkan vermək, təşviq etmək niyyətindəyik”, deyə Rusiya lideri bildirib.

Həmçinin, Putin turizm sahəsində ikitərəfli əlaqələrin inkişafına diqqət çəkib. Xüsusən, onun sözlərinə görə, Xəzərdə dəniz kruiz səyahətlərini birgə inkişaf etdirmək planlaşdırılır. (Turan.az)

Bənzər yazılar

Back to top button