İdman

21-ci əsrdə bunu bacaran ilk futbolçu oldu

“Çelsi”nin mövsümün əvvəlində “Valensiya”ya icarəyə verdiyi Miçi Batşuayi “Selta”ya vurduğu qolla tarixə düşüb.

Fanat.Az xəbər verir ki, belçikalı ulduz bununla XXI əsrdə Avropanın 4 böyük çempionatında (İngiltərə Premyer Liqası, Fransa Liqa 1-i, Almaniya Bundesliqası və İspaniya La Liqası) qol vuran ilk futbolçu olub.

Batşuayi karyerası ərzində “Standard” (Belçika), “Marsel” (Fransa), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya) və “Valensiya”da (İspaniya) forma geyinib. Karyerası ərzində 5 klubda çıxış edən futbolçu indiyədək 104 qola imza atıb. O, “Böyük beşlik” ölkələrindən yalnız İtaliyada forma geyinməyib.

Bənzər yazılar

Back to top button