İdman

Ronaldo ilə bağlı şok iddia

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilə bağlı şok iddia ortaya atılıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu təcavüzdə günahlandırılır. Ketrin Mayorqa adlı xanım 34 yaşlı oyunçunun 2009-cu ildə Las-Veqasda olarkən ona təcavüz etdiyini bildirib.

Haqqında yayılan xəbərlərə münasibət bildirən Ronaldo amerikalı qadının onun adından istifadə edib məşhurlaşmaq üçün bu addımı atdığını söyləyib: “Bütün bunlar yalandır. Həmin qadın mənim adımdan istifadə edib məşhur olmaq istəyir. Belə hallar mənim işimin bir hissəsidir”.

Qeyd edək ki, qadın təcavüz hadisəsindən sonra susması üçün Ronaldonun ona 375 min dollar pul verdiyini bildirib.

Bənzər yazılar

Back to top button