İdman

Messi müdafiəçiləri günahlandırdı – “İlk hücumdaca qol buraxırıq”

“Nəticələr narahatlıq doğurmur. Çünki mövsüm uzundur, hələ yeni başlayıb. Ancaq son nəticələrdən narazıyıq və bunu gözləmirdik”.

Qol.az-ın “Reuters”ə istinadən yaydığı xəbərə görə, bu sözləri “Barselona”nın kapitanı Lionel Messi İspaniya La Liqasının 7-ci turunda “Atletik”lə heç-heçə (1:1) etdikləri oyundan sonra deyib. Argentinalı superulduz son turlarda qeydə alınan uğursuz nəticələri müdafiədəki səhvlərlə əlaqələndirib:

“Atletik”lə oyunda kifayət qədər qol imkanımız oldu, ancaq dəyərləndirə bilmədik. Müdafiədə daha diqqətli oynamalıyıq. Ötən mövsüm nadir hallarda qol buraxırdıq. İndi isə rəqiblərimiz ilk hücumdaca bizə qol vururlar. Hər oyunda qapımıza top vurmalarına imkan verməməliyik. Ən əsası müdafiədə inamlı oynamaqdır”.

Qeyd edək ki, “Barselona” La Liqanın son 3 oyununda cəmi 2 xal toplaya bilib.

Bənzər yazılar

Back to top button