Hadisə

Bakı-Sumqayıt avtobusu maneəyə çırpıldı: ölən və yaralananlar var

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, hadisə saat 8.45 radələrində Bakı-Quba yolunun 11.5-ci km-də baş verib. İlkin olaraq hadisə yerində 2 nəfərin ölümü qeydə alınıb. 10 nəfərə yaxın yaralı isə Sumqayıt xəstəxanalarına aparılıb: “Hadisənin baş verməsinə Bakı-Sumqayıt mikroavtobusunun nasazlıq səbəbindən yolda dayanmış “Zil” markalı yük avtomobilinə çırpılması səbəb olub. Həmin ərazi axşamdan lentə də alınıb. Görünür, sürücü ya yuxulu olub, ya da diqqəti yayınıb. Hadisə ilə bağlı araşdırma aparılır”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button