İdman

“Qarabağ” – “Arsenal” oyununa nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyununa bilet satışı davam edir.

Fanat.Az klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, artıq sözügedən qarşılaşmaya 48 min bilet satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

Bənzər yazılar

Back to top button