Dünya

4 ölkə qasırğa təhlükəsi ilə üz-üzə

Asiya ölkələri növbəti güclü qasırğa təhlükəsi ilə üz-üzədir.

Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, Yaponiya, Tayvan, Çin və Cənubi Koreyada Kong-rey qasırğası gözlənilir. Hazırda təhlükə dərəcəsinə görə 4-cü kateqoriyada qərarlaşan qasırğa həftə sonunda bu ölkələrə təsir göstərməyə başlayacaq.

Qeyd edək ki, ötən həftə Yaponiyanın Ryukyu adalarını vuran Trami qasırğası 4 nəfərin ölümünə, çox sayda insanın yaralanmasına, yüz minlərlə şəxsin evsiz qalmasına səbəb olmuşdu.

Bənzər yazılar

Back to top button