Hadisə

Sentyabrda neçə nəfər yol qəzasında ölüb?

Sentyabr ayında respublikanın avtomobil yollarında 107 yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 63 nəfər həlak, 154 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, avqust ayında respublikanın avtomobil yollarında 134 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 67 nəfər ölüb, 241 nəfər isə yaralanıb.

Bənzər yazılar

Back to top button