İdman

Qurban Qurbanov Bundesliqanın bombardirini milliyə çağırdı

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasında növbəti iki oyun (Farer adaları ilə səfərdə və Malta ilə Bakıda) üçün dəvət edəcəyi – ölkə xaricində çıxış edən futbolçuların adlarını müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis sport24.az-a verdiyi açıqlamada 5 oyunçu üçün faks göndərildiyini bildirib.

Qurbanovun siyahısında onun rəhbərliyi altında indiyədək çıxış etməyən bir oyunçu da var. Söhbət Almaniyanın 3-cü divizionunun “Proysen” klubunda forma geyinən Rüfət Dadaşovdan gedir. O, hazırda III Bundesliqanın bombardiridir.

Millimizin baş məşqçisi aşağıdakı legionerlərə zərurət duyub:

Rüfət Dadaşov (“Proysen”, Almaniya), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Dmitri Nazarov (“Aue”, Almaniya), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya).

Bənzər yazılar

Back to top button