İdman

“Barselona” “milyarder” oldu

“Barselona” klubu dünyada ilk idman klubudur ki, gəlirləri 1 milyard dolları aşıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayəb.

2017/18 mövsümündə “Barselona”nın qazancı 1,05 milyard dollar olub. Klub ardıcıl olaraq beş il öz gəlirlərinin həcminə görə “rekordçudur”.

Həmçinin bildirilir ki, 2018-ci il iyunun 30-u üçün olan məlumata görə, İspaniya klubunun xərcləri 1,017 milyard dollara, borcu isə 181,3 milyon dollara bərabər olub.

2021-ci ildə gəlirin məbləğini 1,15 milyard dollara çatdırmaq planına uyğun olaraq 2018/19 mövsümü üçün büdcədə 1,1 milyard dollar gəlir əldə etmək nəzərdə tutulur.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button