İdman

Bu gün Joze Mourinyo istefaya göndəriləcək

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo bu gün istefaya göndəriləcək.

Fanat.Az “Mirror”a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Premyer Liqanın VIII turu çərçivəsində “Nyukasl”la baş tutacaq ev oyununda sonra postundan kənarlaşdırılacaq.

İddiaya görə, portuqaliyalı məşqçi nəticədən asılı olmayaraq qovulacaq. Kub müqaviləni birtərəfli qaydada pozduğu üçün Mourinyoya 20 milyon funt-sterlinq təzminat ödəyəcək.

Onun yerinə Zinəddin Zidanın gətiriləcəyi deyilir.

Qeyd edək ki, bu gün keçiriləcək “Mançester Yunayted” – “Nyukasl” görüşü Bakı vaxtı ilə saat 20.30-da start götürəcək. “Qırmızı şeytanlar” hazırda 10 xalla 10-cu pillədə qərarlaşıb. 2016-cı ilin mayında komandanın baş məşqçi təyin olunan Mourinyo bu müddətdə Avropa Liqası, İngiltərə Liqa Kuboku və İngiltərə Super Kubokunun qalibi olub.

Bənzər yazılar

Back to top button