İdman

“Arsenal” uğurlu seriyanı davam etdirdi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Arsenal” uğurlu seriyanı davam etdirir.

Qol.az-ın məlumatına görə, dünən Premyer Liqanın 8-ci turunda səfərdə “Fulhem”i 5:1 hesabı ilə məğlub edən London təmsilçisi bu mövsüm bütün turnirlərdəki oyunlar daxil ardıcıl qazandığı qələbə sayını 9-a çatdırıb (6-sı Premyer Liqa, 1-i İngiltərə kuboku, 2-si Avroliqa).

“Arsenal” son olaraq 3.5 il il əvvəl (2015-ci ilin mart-aprel aylarında) belə nəticəyə nail olmuşdu.

Qeyd edək ki, hazırda “Arsenal” Premyer Liqada 8 oyundan 18 xalla 4-cü yeri tutur. İlk üç yeri tutan “Mançester Siti”, “Çelsi” və “Liverpul”un hər birinin 8 oyundan 20 xalı var.

Bənzər yazılar

Back to top button