İdman

Ronaldodan şok sözlər: təcavüzü etiraf edib

Kriştiano Ronaldonun 2009-cu ildə amerikalı model Ketrin Mayorqaya təcavüz etməsi iddiası ilə bağlı aparılan istintaq maraqlı məqamları üzə çıxadıb.

Fanat.Az xəbər verir ki, Almaniyanın “Der Spiegel” qəzeti futbolçunun 2009-cu ildə vəkilinə etdiyi etirafı yayımlayıb. İddialara görə, Ronaldo həmin vaxt Ketrin Mayorqanı zorladıını etiraf edib.

“Onunla tərs münasibətdə oldum. İcazə verdi. Üzü üstə yatağa yatdı. 6-7 dəqiqə davam etdi. İstəmədiyini söylədi, amma etməyimə də icazə verdi. Hər şey çox tez bitdi. Birdən məni itələi və “Etmə, mən başqaları kimi deyiləm” deməyə başladı. Bir neçə dəfə dayanmağımı istədi. Amma hər hansı kömək çağırmadı” deyə Ronaldo vəkilinə bildirib.

Alman qəzeti Ronaldonun 2009-cu ildə həbsdən canını necə qurtardığını da yazıb. Qəzet iddia edib ki, həmin vaxt klubunun bütün vəkilləri onun üçün çalışıb. Vəkil Karlos Osorio isə onun üçün Las Veqasdan bir dedektiv (saatı 475 dollar), iki portuqayalı vəkil və bir ingils hüquq məsləhətçisi tutub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button