Bizim seçimCəmiyyətİqtisadiyyatManşet

Prezident və xanımı açılışda iştirak edib (FOTOLAR)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Qaynainfo xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

İlham Əliyev daha sonra Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun rəmzi açılışını bildirən lenti kəsib.

Bu gün həmçinin Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub. İlham Əliyev və Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsib.

Bənzər yazılar

Back to top button