GündəmHadisəManşetÖnə çıxanlar

Gəncədə icra başçısının müavini vətəndaşları döydü (VİDEO)

Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini Mikayıl Zeynalovun şəhərin mərkəzində vətəndaşları döydüyünü əks etdirən video yayılıb.

Missiya.Az-ın əldə etdiyi görüntülərdə M.Zaynalovun hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsinə baxmayaraq, Gəncə şəhər sakinlərinə bədən xəsarətləri yetirdiyi aydın görünür. M.Zeynalov eyni vaxta iki vətəndaşa hücum çəkir. Birini yerə yıxandan sonra digərinin üstünə gedir.

M.Zeynalov 2013-ci ildən 2015-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb.

2015-ci ilin mart ayında Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsinə təyin olunub.

Məsələ ilə bağlı M.Zeynalovun özü ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, o, zənglərimizə cavab vermədi.

https://youtu.be/2ueG22Z5ju8

Bənzər yazılar

Back to top button