İdman

Meyvezer Həbibin çağırışına cavab verdi

Amerikalı peşəkar boksçu Floyd Meyvezer yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun çağırışına cavab verib.

AzToday.az xəbər verir ki, Meyvezer özünün “Twitter” səhifəsində bunu yazıb:

“CBS, Showtime и MGM Grand çek kitabçalarınızı hazırlayın. Həbib mənə çağırış etdi”.

Qeyd edək ki, dağıstanlı idmançı boks üzrə sabiq çempionuna çağırışında özünə rəqib görmədiyini deyib:

“İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram: 50-0 27-0-a qarşı. Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var – o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”. (oxu.az )

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button