İdman

“Barselona” 34 yaşlı futbolçunu heyətinə qatır

“Barselona” Rusiyadan heyətinə futbolçuqatmağa hazırlaşır.

Fanat.Az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu qış fasiləsində “Zenit”dən mərkəz müdafiəçi Branislav İvanoviçi icarəyə götürmək niyyətindədi. Buna səbəb komandanın aparıcı mərkəz müdafiəçiləri – Samuel Umtiti və Tomas Vermalenin zədələnməsi olub.

Qeyd edək ki, İvanoviç 2017-ci ilin qışında “Çelsi”dən “Zenit”ə keçib. 34 yaşlı serb müdafiəçi bu mövsüm meydana çıxdığı 16 oyunda 1 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button