İdman

“Mançester Yunayted” ərəb şahzadəsinin təklifini rədd etdi

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd İbn Salman “Mançester Yunayted”i almaq istəyib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Məhəmməd İbn Salman klubun dəyəri olan 3 milyard avronu ödəməyə hazır olduğunu bildirib.

Ərəb şahzadə “Mançester Yunyated”in sahibi – amerikalı iş adamı Avram Qleyzerlə klubun satışı ilə bağlı görüşmək istəyib. Lakin Qleyzerlər ailəsi bu görüşdən və klubun satılmasından imtina edib.

Qeyd edək ki, “Mançester Yunayted” son illər klubun səhmlərinin bir hissəsini sataraq böyük gəlir əldə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button