Cəmiyyət

İki kənd bələdiyyəsi üçün Strateji Fəaliyyət Planı hazırlanıb

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Bələdiyyə rəsmilərinin və yerli sakinlərin ictimai iştirakçılıq və strateji planlaşdırma üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə tədbirlərin təşkili” layihəsini həyata keçirib.

Layihənin məqsədi müxtəlif bölgələrində yerləşən 2 bələdiyyədə bələdiyyə rəsmilərinin və yerli sakinlərin ictimai iştirakçılıq və strateji planlaşdırma üzrə bilik və bacarıqlarını artırmaqla bələdiyyə idarəetməsində səmərəliliyin və şəffaflığın güclənməsidir.

Layihə Salyan rayonu, Çuxanlı bələdiyyəsi və İsmayıllı rayonu, Qalacıq bələdiyyəsini əhatə edib. Hər iki bələdiyyə üzvləri və qulluqçuları üçün təlimlər keçirilib. Ənənəvi və interaktiv təlim üsullarından istifadə edilməklə keçirilən təlimlərdə iştirakçılar bələdiyyələrdə strateji planlaşdırma, vətəndaş iştirakçılığının formaları və bunun təmin edilməsində bələdiyyələrin rol və vəzifələri digər zəruri məsələlər üzrə məlumatlandırılıblar. Layihə tədbirlərində bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları və yerli icma fəalalrı olmaqla ümumilikdə, 76 nəfər iştirak edib.

Layihə çərçivəsində, həmçinin sözügedən bələdiyyələr üçün Strateji Fəaliyyət Planı layihələri hazırlanıb. 2019-2021-ci illəri əhatə edən Strateji Plan layihələri bələdiyyələrə təqdim edilib. Bu ilin sonunda bu Strateji Plan layihələrinin qəbul edilməsi gözlənilir.

Bənzər yazılar

Back to top button