Gündəm

BBU-ya yeni prorektor təyin edilməməsinin ilginc səbəbi (FOTO)

Elə bir dövrdə yaşayırırq ki, internet vasitəsilə istədiyimiz məlumatı çox rahatlıqla əldə edə bilirik. Artıq hər sahənin öz mətbuat orqanı və rəsmi saytı var. Bəs bu rəsmi saytları olan orqanlar məlumatın düzgünlüyünə nə qədər riayət edir?

“Qaynarinfo”nun əməkdaşı universitetlərin rəsmi səhifələrində araşdırma aparıb və maraqlı faktlarla rastılaşıb. İlk olaraq, Bakı Biznes Universitetindəki faktı nəzərinizə çatdıraq. Universitetin Elmi işlər üzrə prorektoru professor Ağasəlim Kərim oğlu Ələsgərov 2015-ci il də dünyasını dəyişsə də, rəsmi saytda hələ də vəzifədə onun olduğu göstərilir.

Bununla bağlı əlaqə saxladığımız Bakı Biznes Universitetinin mətbuat şöbəsinin müdiri Məmmədov Mədət məsələyə bu cür aydınlıq gətirdi:

“Ola bilər ki, bu məlumat hələ də dəyişlməyib. Lakin biz keçirilən tədbirləri operativ şəkildə sayta yerləşdirirk. Bunu düz qeyd edirsiniz ki, məlumat dəyişdirilməyib. Bu məsələni tez bir zamanda həll edəcəyik”.

“Bəs hazırda elmi işlər üzrə prorektor kimdir” sualımızdan sonra məlum oldu ki, iki ilə əvvəl vəfat edən Ağasəlim Ələsgərovun yerinə hələ də təyinat olmayıb: “Hələ ki, bu vəzifəni icra edən yoxdur. Bilirsiniz, bu çox çətin iş olduğu üçün həmin vəzifəyə təyinat gecikir”.

Bir sözlə vəzifənin məsuliyyəti (!) iki ildir ki, universiteti prorektorsuz qoyub. İki ildir bir proretor seçə bilməyib ölkərin gələcəyini etibar edəcəyimiz kadrlar yetişdirmək sevdasına düşən universitet rəhbərliyinin bu bəhanəsi gülünc olsa da, rəsmi açıqlamanı təqdim edib keçirik digər ali təhsil ocaqlarına…

Ölkənin aparıcı təhsil ocaqlarından olan Odlar Yurdu Universitetinin rəsmi saytında sonuncu xəbər 2016-cı ilin aprel ayında yerləşdirilib. Həminj vaxtdan sonra minlərçlə tələbəyə təhsil verən universitetdə rəsmi sayt heç kimin yadına düşməyib.

Bu cür problemlər universitetlərin rəsmi sayıtlarında çox rast gəlinən hallardır. Bu da internet vasitəsilə universitet barəsində dolğun məlumat almağa mane olur.

Bənzər yazılar

Back to top button