İqtisadiyyat

Azərbaycanda dizel yanacağının istehsalı 1,5% artacaq

Gələn il Azərbaycanda 1 975,5 min ton dizel yanacağı istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 1,47% çoxdur.

“Report”un məlumatına görə, bu barədə 2019-cu il büdcə zərfində deyilir.

Məlumata görə, 2020-ci ildə 1 830,0 min ton, 2021-ci ildə 2 370,2 min ton, 2022-ci ildə 2 377,5 min ton dizel yanacağının istehsal olunacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən ölkədə 1 946,8 min ton dizel yanacağının istehsal olacağı ehtimal olunur.

Bənzər yazılar

Back to top button