Bizim seçimHadisə

Abit Əliyevi Eldar Əzizova hansı tellər bağlayır?

Bu günlərdə Aktualinfo.org saytında Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini və hazırda İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Abit Əliyevlə bağlı yerləşdirdiyimiz “Abit Əliyevi Eldar Əzizova bağlayan tellər” başlıqlı məqalə oxucuların marağına səbəb olduğundan bu mövzuya bir daha qayıtmalı olduq. Birinci yazıda qeyd etdiyimiz kimi Abid Əliyevin karyerasında baş vermiş yüz səksən dərəcəlik dönüş Eldar Əzizovun 2003 – cü ildə Gəncə şəhərinə İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonrakı mərhələyə təsadüf edir. Həmin dövrdə Samuxda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir.Bəs görəsən Eldar Əzizov Abit Əliyevi hansı müsbət keyfiyyətlərinə görə özü ilə ora-bura hərləyir? Qeyd etmək istərdik ki, Abit Əliyev o qədər də güclü savad sahibi deyil. Dövrü mətbuatda vətəndaşın müraciətinə verdiyi cavabda buraxdığı 19 orfoqrafik səhvlə bağlı yazılanlar bunu sübut edir. Bu həm də Abit Əliyevin idarəetmə təcrübəsinin olmamasına da dəlalət edir. Tutalım müraciətə cavabı işçilərdən kimsə yazıb. Amma bir müavin kimi Abit Əliyevin bu məktuba imza atarkən oxuması,və yazana səhvləri düzəltməyə göstəriş verməsi lazımdır. Görünür Abit Əliyev ya məktubu oxuyub səhvləri tutmayıb, ya da oxumadan inza atıb. Hər iki halda bu idarəetmə sistemində çalışan bir məsil vəzifəli şəxs üçün bağışlanmaz səhvdir. Abit Əliyein İdarəetmə sistemindəki bu kimi səriştəsizliyini görən Eldar Əzizov bəs onun hansı xarakterik xüsusiyyətlərinə vurulub?

Ötən yazıda da qeyd etdiyimiz kimi, bunun bir səbəbi var . O da Abit Əliyevin qaz sistemində pul toplamaq təcrübəsini İcra Hakimiyyəti sistemində də tətbiq etməsidir.Eldar Əzizovun Gəncə şəhərinə rəhbərlik etdiyi səkkiz il ərzində Abit Əliyevin sözugedən şəhərdə gördüyü işlərı bu gün heç bir gəncəli xatırlamır. Amma onun Gəncə şəhərində Sevinc qəsəbəsi deyilən ərazidə satdığı sənədsız torpaq sahələrini hamı yaxşı xatırlayır. Hansı ki, Elmar Vəliyev Gəncə şəhərinə İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra bir çox qanunsuz tikililəri sökdürərkən artıq Abit Əliyev Sumqayıt şəhərində boş sahələr axtarırdı. Gəncədə evləri sökülmüş sakinlər isə Abit Əliyevə torpaq sahəsində tikinti aparmaq üçün verdiklərı pullarını isə geri ala bilmədilər. Məlumatlı mənbənin sözlərinə görə Sumqayıtda işlədiyi qısa bir dövr ərzində Abit Əliyev özünə iki villa tikdirməyə müvəffəq olub.Onlardan biri hazırda müavin işlədiyi rayonun Badamdar qəsəbəsində, digəri isə Abşeron rayonunun Saray qəsəbəsində yerləşir. Saray qəsəbəsindəki villanı Abit Əliyev kənd sakininnə məxsus torpaq sahəısinin zəbt edərək tikdirmişdi ki, vətəndaş bir çox orqanlara müraciət etsə də nə torpağını geri ala bildi, nə də Abit Əliyevdən halallıq. Məlumatlı mənbənin sözlərinə görə Abit Əliyev Sumqayıtda bundan əlavə bir neçə obyekt də inşa etdirib.Bütün bunların hamısına o əlbəttə Eldar Əzizovun sayəsində əldə edib. Bəs görəsən bu illər ərzində Abit Əliyev müdiri Eldar Əzizov üçün nə kimi sərvətlər toplaya bilib? Elə həmin məlumatlı mənbənin sözlərinə görə Eldar Əzizovun üzdə olmayan sərvətlərini məhz Abit Əliyevdən başqa heç kim bilmir. Məhz elə buna görə də uzun illərdir onu yanında gəzdirir.

Bənzər yazılar

Back to top button