İdman

“Messi ilə Ronaldu qocalır… Dünyanın ən yaxşısı mənim oğlum olacaq”

“Aston Villa”nın cinah oyunçusu Leon Beylinin atası Kreyq Batler 26 yaşlı yamaykalının dünyanın ən yaxşı oyunçusu potensialına malik olduğunu bildirib.

Fanat.az xəbər verir ki, eyni zamanda futbolçunun agenti olan Batler “Up The Villa”-ya açıqlamasında oğlunun tərifini göylərə qaldırıb:

“Mən Leonun potensialının hələ 40 faizinə çatmadığına inanıram. Onun bacardıqlarının yalnız 40 faizini görmüsünüz. İnanıram ki, bir gün o, dünyanın ən yaxşı futbolçusu olacaq. O, hər gün daha da yaxşılaşır və bir gün dünyanın ən güclüsü kimi tanınacaq. Axı Messi qocalır, Kriştianu qocalır, Neymarın zədə problemləri var…

Leon öz potensialında heç bir məhdudiyyət tanımır. Siz hələ heç nə görməmisiniz”.

Beyli bu mövsüm “Aston Villa”nın heyətində bütün turnirlərdə 41 matça çıxaraq 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button