İdman

“Qarabağ”la oyundan öncə “Arsenal”da iki itki

İngiltərə Premyer Liqasının XV turunda səfərdə “Mançester Yunayted”lə heç-heçə oynayan (2:2) “Arsenal”ın 2 futbolçusu zədələnib.

Fanat.Az xəbər verir ki, ötən axşam baş tutan görüşdə Rob Holdinq və Aaron Remzi sıradan çıxıb. Holdinq 36-cı dəqiqədə dizindən xəsarət alıb. Meydanı xərəkdə tərk edən 23 yaşlı müdafiəçini Stefan Lixştayner əvəzləyib. 3 aydan sonra ilk dəfə matça start heyətdə çıxan uelsli orta sahə oyunçusu isə ikinci hissədə meydanda olmayıb.

Baş məşqçi Unay Emeri 28 yaşlı Remzinin zədəsinin ciddi olmadığını söyləsə də, Holdinqlə bağlı böyük problemlə üzləşə biləcəklərini vurğulayıb. Onun sözlərinə görə, ilkin əlamətlər heç də pozitiv deyil.

Qeyd edək ki, Rob Holdinq “Arsenal”ın sentyabrın 20-də Bakıda “Qarabağ”la oynadığı qarşılaşmada sonadək meydanda olub və 43-cü dəqiqədə sarı vərəqə alıb. Bu komandalar Londonda dekabrın 13-də üz-üzə gələcəklər.

Bənzər yazılar

Back to top button