Bizim seçimHadisəManşet
Nazir Natiq Əliyev Bakıdakı xəstəxanaya yerləşdirildi – HAZIRDA REANİMASİYADADIR

Azərbaycanın energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib.
Aztoday.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.