Bizim seçimİqtisadiyyat

Süleyman Mikayılovun “votçinası” – Daş karxanaları/Foto

Süleyman Mikayılovun əsas gəlir mənbələrindən biri də Qaradağda fəaliyyət göstərən saysız daş karxanalarıdır. Əslində bu daş karxanalarında əmək prossesi orta əsrlərdəki kimidir. Yəni burda ağır zəhmətlə çalışan insanların əmək hüquqları qorunmur.

İlk olaraq onu deyək ki, daş karxanalarında çalışan fəhlələr ortalama sutkada 14-18 saat çalşırlar. Onların heç bir sosial təminatı yoxdur. Burada bədbəxt hadisə baş verərsə (Qaradağ karxanalarında qəza tez-tez olur), həmin fəhlələrin ailələri də heç bir sosial kompensasiya ala bilmirlər.

Çünki burada günəmuzd çalışan insanların böyük heç birinin əmək müqaviləsi yoxdur. Əmək Müfəttişliyi bunu yaxşı bilsə də öz işini karxana sahiblərindən “aylıq” almaqla bitmiş hesab edirlər. Orada çalışan insanların orta əsr qaydaları ilə çalışması isə müfəttişlərin vecinə belə deyil.

Karxana sahiblərinin mütləq “aylıq” verdikləri əsas ünvan isə Qaradağ rayon İcra Hakimiyyətidir. Burada Süleymanın kəsdiyi “racona” bir kimsə “yox” deyə bilməz. Çünki “yox” dediyi anda həmin karxanada o qədər “çatışmazlıqlar” ortaya çıxır ki, həmin obyekt bağlanmalı olur.

O üzdən heç kim Süleyman Mikayılovun adamlarını birinci yola salmağa çalışır. Hət ay toplanan pulların həcmi isə milyonlarla ölçülür. Bundan başqa, Qaradağda Süleyman Mikayılovun özünə və yaxın adamlarına məxsus olan çoxlu sayda karxanalar fəaliyyət göstərir ki, bu karxanalar da başçının kisəsini heç də az doldurmur.

Bundan başqa icra başçısına gəlir gətirən çoxlu sayda başqa mənbələrin də olduğu bildirilir. Sərvətinin böyük hissəsini çoxdan ölkə xaricinə çıxarıb Həmsöhbətlərimizdən biri bildirir ki, Süleyman Mikayılovun özü və yaxınlarının həyat tərzi milyarder oliqarxların həyat tərzindən heç nə ilə fərqlənmir.

Başçının elə vilları var ki, orada ən azı 5-10 xidmətçi personalı çalışır. Onların hər birinin əmək haqqı isə 500-1000 manat arasında dəyişir. Başçının belə villalarının isə Bakıda bir neçə yerdə olduğu qeyd olunur. Həmsöhbətimiz ümumilikdə Süleyman Mikayılovun sərvətini təxminən 300 – 350 milyon dollar arasında qiymətləndirir.

Onun sözlərinə görə, bu sərvətin böyük bur hissəsi artıq çoxdan ölkə xaricindədir. Azərbaycanda az miqdarda mülklərinin və biznes obyektlərinin olduğunu qeyd edən həmsöhbətimiz qeyd edir ki, Süleyman Mikayılovun əsas sərvəti çoxdan offşor zonalarına köçürülüb.

Bununla belə, Qaradağın ağası təkcə Azərbaycanda yox, İngiltərədə və Türkiyədə də ciddi sayılacaq əmlaka sahibdir. Bu yaxınlarda mətbuatda yayılan məlumatlarda isə bildirilirdi ki, Qaradağ rayonunun idarəçisi ABŞ-da qiyməti 2 milyon dollardan artıq olan bir villa alıb.

Bu məlumatı təsdiq etmək üçün əlimizdə heç bir dəlil olmadığını vurğulayaraq bildiririk ki, əslində Süleyman Mikayılovun hansı şəraitdə belə bir varidata malik olmasını təxmin etmək o qədər də çətin deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, icra başçısının hər ay milyonlarla manat qanunsuz gəlir əldə etməsi üçün çoxlu sayda mənbələr mövcuddur.

Fövqəlnazirin “çətiri” altında olması Mikayılova toxunumazlıq qazandırıb Həmsöhbətlərimizdən birinə Süleyman Mikayılovun niyə bu qədər geniş imkanlara sahib olmasının səbəbini soruşuruq. Cavab isə gözlədiyimiz kimi oldu: Cənab Mikayılovun Fözqəladə Hallar naziri Kəmaləddin Heydərovun çətiri altında olması ona toxunumazlıq qazandırıb.

Lakin hazırda vəziyytə bir qədər dəyişib. Belə ki, son zamanlar ölkədə aparılan islahatlar çərçivəsində Kəmalədin Heydərovun nüfuz dairəsi azaldılıb. Bu isə onun çətiri altında olan insanlar üçün “çətinliklər” meydana çıxarır.

Onların bəziləri vəzifələrindən və geniş imkanlarından məhrum olublar. Buna sübut olaraq isə, Gömrük Komitəsində aparılan kadr islahatlarını göstərmək olar. Ona görə də yaxın günlərdə Süleyman Mikayıovun da vəzifəsini və imkanlarını itirməsi istisna olunmur. Bu, hətta gözlənilir.

Lakin Mikayilovun uzun illər boyu müxtəlif vəzifələrdə qazandığı pullar, xüsusən də ölkə xaricinə çıxarılan böyük sərvət onu deməyə əsas verir ki, Süleyman Mikayılov kimilər vəzəifədən alınsalar da onların krallar kimi yaşaması üçün topladıqları sərvət 50-100 il yetərlidir. Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq… cumhuriyet.az

Bənzər yazılar

Back to top button