Digər
Elçin Quliyev DSX-nin rəisi təyin edildi

Elçin Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edildi.
AzToday.Az xəbər verir ki, bu barədə Dövlət agentliyi məlumat yayıb.
Məlumatda bildirilir:
“E.İ.Quliyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin İsağa oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2017-ci il.”