Hadisə

DİN polislə bağlı yayılan məlumatı araşdırır

Dünən sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının soisal şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzToday.az-a verilən məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib.

“Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək” – Mətbuat Xidmətindən bildirilib.

Bənzər yazılar

Back to top button