CəmiyyətManşet

Karantin rejimi uzadılacaq – Prezident açıqladı

“Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulub. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir”.

AzToday.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iki nazirlə videobağlantı formatında keçirilən iclasda deyib.

Dövlət başçısı bildirib ki, biz bu dinamikanı dayanıqlı etməliyik:

“Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır”.

Bənzər yazılar

Back to top button