İdman

Ronaldo “Yuventus”la qazandığı ilk kubokdan danışdı

“Çox çətin oyun oldu. Yaxşı oynadıq və çoxlu qol epizodu yaratdıq. Qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Bu qolu məni və “Yuventus”u sevənlərə həsr edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Yuventus”un futbolçusu Kriştano Ronaldo İtaliya superkubokunda “Milan”a 1:0 hesabı ilə qalib gələrək fəxri mükafatı qazandıqları oyundan sonra deyib.

“2019-cu ilə kubokla başlamaq istəyirdim. İndi “Yuventus”la birinci titulumu qazanmışam. Çox xoşbəxtəm” – deyə o bildirib.

Portuqaliyalı hücumçu söyləyib ki, bu hələ uğurlarının başlanğıcıdır: “Biz addımbaaddım irəliləyirik. İndi daha çox kubok qazanmaq üçün çalışmalıyıq. İtaliya çempionu olmaq “Yuventus”un əsas məqsədidir. Hazırda biz turnir cədvəlinə başçılıq edrik. Amma qarşıda uzun və çətin yol var”

Bənzər yazılar

Back to top button