GündəmManşetSiyasət

Qubad İbadoğlu: “Hakimiyyətin manevr imkanları tükənir”

Arxadan atılan daş

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad Ibadoğlu hakimiyyətin müxalifətin 26 yanvar mitinqinə icazə verilməməsinə münasibət bildirib.

AzToday.az xəbər verir ki, Qubad İbadoğlu hakimiyyətin bu addımının bir çox mətləblərə aydınlıq gətirdiyi qənaətindədir:

Məlum oldu ki:

1-Hakimiyyətin 19 yanvar mitinqindən gözləntiləri özünü doğrultmayıb. Belə ki, son zamanlar sosial şəbəkələrdə uduzduğu mövqeyi mitinq meydanında bərpa etmək niyyəti baş tutmayıb.

2-Hakimiyyət mitinqlərin davamlı olacağından və iştirakçılığın artacağından narahatdır. Deməli, ölkədə narazılığın miqyasi barədə məlumatlıdır.

3-Hakimiyyət özünə arxayın deyil, xüsusilə də mərkəzdən qaçan qüvvələrin mitinqlərə dəstəyindən ehtiyatlanır.

4-Hakimiyyət mitinqlər vasitəsilə müxalifətin birləşməsinin və güclənməsinin fərqindədir, ona görə də onun qanunları pozmaq “məcburiyyəti” müxalifətlə hesablaşmaq istəyindən üstün görsənir.

5-Hakimiyyətin manevr imkanları tükənir, rejim olduğu kimi görsənməkdən çəkinmir, bununla da avtoritar adına bir daha bəraət qazandırır.

Hakimiyyətin indiki situasiyadakı davranışları arxadan atılan daşa bənzəyir. Çünki, 19 yanvar mitinqi öz işini görməklə yanaşı indiyə qədər mövcud olan bir çox sualları da cavablandırdı. Məlum oldu ki, xalq ayaqdadır. Odur ki, qanunları pozub mitinqləri qadağan etmək kütləvi narazılığın yatırılmasına deyil, onun daha da böyüməsinə gətirib çıxaracaq.

Bənzər yazılar

Back to top button