İdman

Son 10 ildə idmandan ən çox pul qazanan 10 idmançı – SİYAHI

“Forbes” dərgisi son 10 ilin ən varlı idmançılarının siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahıdakı 10 idmançının ümumi gəliri 6 milyard 140 milyon dollar olub.

Siyahının ilk pilləsində Floyd Meyvezer qərarlaşıb. Amerikalı boksçu son 10 ildə idmandan 915 milyon gəlir əldə edib. Floyd Meyvezer son döyüşünü 2017-ci ilin avqustunda irlandiyalı MMA döyüşçüsü Konor Makqreqora qarşı keçirib. Bu döyüş dünya rekordu qırıb və Floyd Meyvezer təxminən 300 milyon dollar gəlir əldə edib.

1. Floyd Meyvezer (Boks) – 915 milyon dollar
2. Kriştiano Ronaldo (Futbol) – 800 milyon dollar
3. Lionel Messi (Futbol) – 750 milyon dollar
4. Lebron Ceyms (Basketbol) – 680 milyon dollar
5. Rocer Federer (Tennis) – 640 milyon dollar
6. Tiqer Vuds (Qolf) – 615 milyon dollar
7. Pil Mikkleson (Qolf) – 480 milyon dollar
8. Manni Paçquyao (Boks) – 435 milyon dollar
9. Kevin Durant (Basketbol) – 425 milyon dollar
10. Luis Hamilton (Formula 1) – 400 milyon dollar

Bənzər yazılar

Back to top button