Hadisə

Əhəd Abıyev Əli İnsanovu yumruqla vurduğunu deyir – VİDEO

Daşkəsinin icra başçısı Əhəd Abıyev keçmiş səhiyyə naziri Əli İnsanovla vaxtilə arasında baş verən insidentdən danışıb.

O, tədbirlərin birində Əli İnsanovu yumruqla vurduğunu deyib:

“Respublika sarayı qarşısına böyük bir tədbir idi. O tədbirdə də Azərbaycanın ayrı-ayrı rayonlarından Əli İnsanova yaxınlaşıb söz dedilər, xahiş etdilər, bu da onları təhqir etdi. Orada Azərbacanın ziyalıları, parlament üzvləri, nazirlər də var idi. Mən ona dedim ki, sən niyə belə qabiliyyətsiz hərəkət edib nazir kimi bunları təhqir edirsən? Kimsən sən? Mənə kobud cavab verəndə, açığı, dözmədim. İdmançı, boksçu olmağımdan istifadə edib ona yaxşı bir yumruq tutuzdurdum və ağzı üstə yerə yıxıldı, pis vəziyyətə düşdü. Sonra qısa müddətdə onu tutub həbs etdilər”.

Bənzər yazılar

Back to top button