Dünya

Dünyanın ən qədim 2-ci qayası: 4.2 milyard yaşı var

Hindistanda yaşı 4 milyarddan çox olduğu təxmin edilən qaya tapılıb.

Qaynarinfo xəbər verir ki, Çin və Malaziyalı geoloqlar tərəfindən 8 il əvvəl Hindistanın Odişa əyalətində aşkar edilən qaya üzərində aparılan araşdırmalar yaşının 4 milyard 240 milyon il olduğunu ortaya qoyub. Bu, dünyanın ən qədim 2-ci qayası hesab edilir.

Dünyanın ən qədim qayası isə Avstraliyanın “Jack Hill” ərazisində tapılıb və 4 milyard 400 il yaşa sahibdir.

Bənzər yazılar

Back to top button