İdman

“Barselona”dan Modriçə atmaca (FOTO)

“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Real”a qalib gəldikləri (3:0) oyundan sonra Madrid klubunun futbolçusu Luka Modriçə zarafat edib.

Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi rəsmi Tvitter səhifəsində xorvatiyalı yarımmüdafiəçinin yerə yıxılarkən Lionel Messinin formasından dartdığı epizodu paylaşıb. Fotonun altında isə yazılıb: “Messinin formasını klubumuzun internet mağazasından almaq daha asan olar”.

Xatırladaq ki, Modriç “Qızıl top” mükafatının son qalibidir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button