Dünya

Gürcüstanda 8 yeni koronavirusa yoluxma halı qeydə alınıb

Gürcüstanda daha 8 nəfərdə koronavirusa yoluxma təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında məlumat verilib. Bununla da ölkədə virusa yoluxanların sayı 23-ə çatıb.

Qeyd edək ki, hazırda Gürcüstanda 126 nəfər karantində saxlanılır, 46 nəfər isə stasionar nəzarətə götürülüb. (Apa.az)

Bənzər yazılar

Back to top button