Bizim seçimCəmiyyətGündəmManşetSiyasət

Azay Quliyev vitse-prezident olmaq istəyir?

Ötən il Konstitusiyaya təklif edilən dəyişikliklərdən sonra əsas müzakirə mövzularından biri də Azərbaycanda yeni sistem olan vitse-prezidentlik institutu ilə bağlıdır. Belə ki, bu il fevralın 21-də ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Birinci vitse-prezidenti təyin edildi.

Konstitusiyada edilən dəyişikliyə görə, Birinci vitse-prezident postundan əlavə, vitse-prezidentlər də təyin oluna bilər. Artıq bununla bağlı gedən müzakirələrdə bir neçə şəxsin də adı hallandırılıb.

Aztoday.az-a daxil olan məlumata görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də özünü bu postda görmək arzusundadır. Hətta yaxın ətrafı da deputatı bu postda görmək istəyir. Son vaxtlar isə Azay Quliyev ətrafında ciddi təbliğat gedir. Hətta bir müddət öncə sosial şəbəkələrdə onun yüksək intellektli və savadlı, xarici dil bilgisi yüksək olan biri kimi təqdim olunması da təsadüfi deyilmiş.

Mənbə bildirir ki, deputat xeyli vaxtdır mediada ciddi şəkildə öz təbliğatını aparırır, hətta gördüyü işlərin çoxsaylı media və sosial şəbəkələrdə tirajlanmasını təşkil etdirir. Bunu media üzərində araşdırma aparmaqla da təsdiq etmək olar.

Onun sözlərinə görə, əgər belə bir iddia varsa da, gerçəkləşməyəcək. Çünki prezidentin Azay Quliyevin fəaliyyətindən razı qaldığı o qədər də inandırıcı deyil. Hətta yaxın vaxtlarda onunla bağlı tədbirlərin görülməsi də istisna edilmir. Digər tərəfdən hakimiyyət daxilində ciddi kadrların olduğu bir vaxtda Quliyevin və ya ətrafının belə bir arzuya düşməsi ciddi narazılığa səbəb ola bilər. Hər halda sonda qərarı ölkə başçısı verəcək.

“Düşünürəm ki, bu, arzu olaraq qalacaq və Quliyevin ətrafı onunla bağlı belə bir fikri ictimailəşdirsə, çox ciddi problem yaradacaq”, – deyib.

Məlumatın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Amma onu deyə bilərik ki, bu ölkədə hər kəsin vəzifədə təmsil olunmaq hüququ var. Amma dövlətin üst idarəçiliyində belə bir vəzifəyə təyinat almaq yalnız ölkə başçısının etimadını qazanmaqdan asılıdır…

Bənzər yazılar

Back to top button