İdman

Qvardiolanın transfer siyahısı açıqlandı

“Mançester Siti”yə gəldiyi gündən transferlərə 500 milyon funt-sterlinq xərcləyən Pep Qvardiola yayda yeni oyunçuların alınmasını davam etdirəcək.

Fanat.Az xəbər verir ki, “Maliyyə Fair-Playı” qaydalarını pozmamaq üçün qışda heyətinə yeni oyunçular cəlb etməyən “şəhərlilər” yayda “Vest Hem”dən Deslan Rise, “Atletiko”dan Saul Niges və və “Lion”dan Tanquy Ndombeleni transfer etməyə çalışacaq.

Benyamin Mendnin zədə problemindən qurtula bilməməsini nəzərə alan Qvardiola sol cinaha futbolçu axtarışına başlayıb. Kataloniyalı mütəxəssisin “Lester”dən Ben Kilvelli hədəfə aldığı bildirilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Manchester Evening News”a danışan klubun icraçı direktoru Ferran Soriano da yeni transferlərin ediləcəyini vurğulayıb: “Bildiyiniz kimi, hazırda heyətimiz çox yaxşıdı. Amma mövsümün sonunda bir neçə transfer edəcəyik”.

Bu arada “Puma” ilə yeni sponsorluq müqaviləsi imzalaması gözlənilən “Mançester Siti”nin 10 illik anlaşmadan 650 milyon funt-sterlinq qazanacağı deyilir. Bu anlaşma baş tutsa, “şəhərlilər” İngiltərədə sponsorluqdan ən çox gəlir əldə edən klub olacaq.

Bənzər yazılar

Back to top button