İdman

Qərar verildi: “Real” ulduzunu satır

Madrid”Real”ı Qaret Beyllə vidalaşmaq istəyir.

Fanat.Az AS qəzetinə istinadən xəbər verir ki, paytaxt klubunun prezidenti Florentino Peres və baş məşqçi Zinəddin Zidan birlikdə Beylin satılmasına qərar verib. “Real”dakı əsas söz sahibləri uelsli ulduzu yüksək qiymətə satmağı və həmin məbləği yay transferlərinə xərcləməyi planlaşdırır.

Hərçənd oyunçuya və agentinə hələ bu haqda hər hansı müraciət ünvanlanmayıb. Mənbə Beylin mövsümün sonuna qədər özünü necə göstərməsindən asılı olmayaraq qərarın dəyişməyəcəyini də vurğulayıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Beyl “Real”a 2013-cü ilin yayında 101 milyon avroya transfer olunub. Madridlilərlə olan müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək 29 yaşlı cinah oyunçusu bu mövsüm La Liqada 22 oyun keçirib. Bu görüşlərdə 8 qol vuran britaniyalı 2 məhsuldar ötürmə ilə də yadda qalıb.

Bənzər yazılar

Back to top button