İdman

Gələn mövsüm “Mançester Yunayted”i çalışdıracaq baş məşçinin adı açıqlandı – RƏSMİ

“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçi əvəzi Ule-Qunnar Sulşerlə bağlı qərar verib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis komandanın baş məşqçisi təyin olunub. Norveçli mütəxəssislə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Sulşer ötən ilin dekabrında Joze Mourinyonun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini icra edirdi. Onunla 6 aylıq müqavilə imzalanmışdı. Komanda norveçli mütəxəssisin rəhbərliyi altında Premyer Liqada keçirdiyi 13 oyundan 10-da qalib gəlib, 1 matçda uduzub. “Qırmızı şeytanlar” Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-sini mübarizədən kənarlaşdırıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button