Dünya

FETÖ-çü Zəkəriyyə Öz üçün xüsusi villa təmin edilib

Axtarışda olan keçmiş prokuror Özün Almaniyanın Speyer şəhərində lüks həyat sürdüyü ortaya çıxıb

AzToday.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, 15 iyul 2016-cı ildə baş verən çevriliş cəhdinin ardından Türkiyədən qaçan keçmiş prokuror Zəkəriyyə Özün Almaniyadakı bir villada qaldığı öyrənilib. FETÖ-çü Z.Özün yaşadığı villanın Reyn çayı sahillərində yerləşən Speyer şəhərindəki varlıların yaşadığı ərazidə yerləşdiyi bildirilib.

Türkiyədə axtarışda olan və ötən il Frankfurtdakı avtosalonda şəkil çəkdirən Zəkəriyyə Öz uzun müddət “itkin” düşmüşdü. Bölgədə yaşayan türklərin və bəzi qeyri-hökumət təşkilatlarının verdiyi məlumata görə, Speyerdəki xüsusi villada Z.Özü mühafizəçilər müşayiət edir.

Almaniyada yaşayan bir çox türkün FETÖ üzvü qarşılaşdıqları və bu ölkədəki bəzi FETÖ üzvüləri ilə təmaslarını davam etdiriyi məlum olub. Keçmiş prokuror Z.Özün villasında neçə nəfərin olduğu, keçmiş prokuror Cəlal Karanın da orada olub-olmadığı və villanın kimı məxsus olduğu bilinmir.

FETO üzvlərindən başqa, almanların da xüsusi olaraq qoruduğu Zəkəriyyə Özə Almaniya hökumətinin “siyasi sığınacaq” verdiyi güman edilir.

Onu da qeyd edək ki, Almaniyada təxminən 1400 biznes obyektinin, hotelin və müəssisənin və hətta Hollandiyada bir bankın FETÖ üzvlərinin nəzarəti altında olduğu bildirilir.

Xatırladaq ki, 15 iyul 2016-cı il çevriliş cəhdindən əvvəl FETÖ-çü prokuror Zəkəriyyə Öz saxta şəkildə hazırlanan “Ergenokon” istintaq işinə birbaşa rəhbərlik etmiş, Türkiyənin bir çox ali hərbi rütbəli şəxslərini, sabiq generalların günahsız yerə həbs olunmasına şərait yaratmış şəxsdir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button