Dünya

Ukrayna prezidentini seçir

Bu gün Ukraynada prezident seçkiləri keçirilir.

Qaynarinfo xəbər verir ki, 39 namizədin mübarizə apardığı seçkilər saat 08:00-20:00 aralığında davam edəcək. Seçkilərdə 30 milyona yaxın seçici iştirak edəcək. Əsas namizədlər Vladimir Zelenski, Petro Poroşenko və Yuliya Timoşenko hesab edilir. Namizədlərdən hansısa azı 50% səs toplaya bilməsə, 21 apreldə seçkilərin 2-ci turu keçiriləcək.

Seçkiləri 1,5 mindən çox beynəlxalq müşahidəçi izləyəcək. 135 min nəfərlik şəxsi heyət seçki prosesi zamanı təhlükəsizliyi təmin edəcək.

Qeyd edək k, Rusiyanın Krımı ilhaq etməsi səbəbilə 5 milyondan çox seçici seçkilərdə iştirak edə bilməyəcək.

Bənzər yazılar

Back to top button