DünyaSiyasət

Türkiyədə bələdiyyə seçkiləri keçirilir

Türkiyədə bələdiyyə seçkiləri keçirilir.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkə tarixinin 19-cu bələdiyyə seçkilərinə Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdahan, İğdır və Kilis şəhərlərində start verilib.

Səsvermə prosesi saat 16:00-da, bəzi ərazilərdə isə 17:00-da yekunlaşacaq.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

7 milyon 58 min 636 nəfər səsvermə hüququnu malikdir. Proses ərzində alkoqullu içkilərin satılması və istifadəsi, odlu silah daşınması qadağan edilib. Toy mərasimləri saat 18:00-dan sonra keçirilə bilər.

Seçkilərdə 12 partiya iştirak edir. Əsas mübarizə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının yaratdığı “Cümhur İttifaqı” və Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın təsis etdiyi, Səadət Partiyasının qoşulduğu “Millet İttifaqı” arasında olacaq.

Qeyd edək ki, Türkiyədə sonuncu bələdiyyə seçkiləri 2014-cü ilin 30 mart tarixində keçirilib.

Bənzər yazılar

Back to top button