Dünya

Bu ölkədə BBC və “Amerikanın Səsi” qadağan edildi

Mərkəzi Afrika ölkəsi Burundi ölkədə BBC telekanalı və “Amerikanın Səsi” radiosunun fəaliyyətini dayandırıb.

Qaynarinfo “Reuters”ə istinadən xəbər verir ki, BBC-nin Burundidə fəaliyyətinə qadağa qoyulub, “Amerikanın Səsi” isə müvəqqəti olaraq yayımlanmayacaq.

BBC barədə bu qərar ölkədəki gizli həbsxanalar və işgəncələrlə bağlı çəkdiyi sənədli filmə görə verilib. “Amerikanın Səsi” radiosunun müxbiri isə hakimiyyəti tənqid edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Burundi hökumətinin qərarı media azadlığı əleyhinə addım kimi qiymətləndirilib.

Qeyd edək ki, ötən ilin may ayında hər iki media qurumunun fəaliyyətinə 6 aylıq qadağa qoyulmuşdu.

Bənzər yazılar

Back to top button