Cəmiyyət

Sabahdan bu imtahanda iştirak üçün ödənişin məbləği artır

Sabahdan dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq ediləcək.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) saytında məlumat yerləşdirilib.

Aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların qiyməti aşağıdakı kimi olacaq:

AA – 130 AZN

AB – 118 AZN

AC – 106 AZN

BA – 94 AZN

BB – 83 AZN

Qeyd edək ki, Tarif (Qiymət) Şurasının qərarına əsasən, indiyə qədər qiymətlər aşağıdakı kimi olub:

AA – 110 AZN

AB – 100 AZN

AC – 90 AZN

BA – 80 AZN

BB – 70 AZN

Bənzər yazılar

Back to top button