Bizim seçimDünyaSiyasət

Ərdoğan İstanbulda da uduzdu – İmamoğlu önə keçdi, səslər yenidən sayılır

Ankara, İstanbul və İğdırda etibarsız bülletenlərin səsverməninin nəticələrinə təsir etməsi iddiası ilə həmin əyalətlər və onlara tabe rayonlarındakı seçki məntəqlərində səslərin yenidən sayılacağı gözlənilir.

“Report” xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, 57 milyon 93 min 410 seçicidən 43 milyon 651 min 815 nəfəri səsvermədə iştirak edib. Bununla da seçkidə seciçilərin 83,99 faizi iştirak edib. Bir milyon 395 min 233 səs etibarsız sayılıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Səslərin 98,8 faizinin sayıldığı İstanbulda 10 milyon 570 min 939 seciçidən 8 milyon 731 min 330 nəfər səs verib. Mövcud nəticələrə əsasən, Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

“Ekrem İmamoğlu 4 milyon 159 min 650 səs, Binəli Yıldırım isə 4 milyon 131 min 761 səs toplayıb”, – Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güven də təsdiq edib

Ankarada 3 milyon 925 min 129 seçicidən 3 milyon 89 min 645-i səs verib. 79 min 473 bülleten etibarsız sayılıb. CHP-nin Ankara Böyük Şəhər bələdiyyəsinə namizədi Mansur Yavaş bir milyon 523 min 819 səs (50,62 faiz), AKP-nin namizədi Mehmet Özhaseki isə bir milyon 420 min 855 səs (47,20 faiz) səs toplayıb.

İğdır üzrə 56 min 116 seçicidən 45 min 818-i səs verib. 524 səs etibarsız sayılıb.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) bu bölgə üzrə namizədi Yaşar Tezel səslərin 46,68 faizini, Xalqların Demokratik Partiyasının (HDP) namizədi Yaşar Akkuş 50,09 faizini toplayıb.

Bənzər yazılar

Back to top button