Dünya

Suriyada ötən ay 334 mülki vətəndaş öldürülüb

Suriya İnsan Haqları Şəbəkəsi ötən ay 334 mülki vətəndaşın qətlə yetirildiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, öldürülənlərdən 87-si uşaq, 63-ü qadındır. Bəşər Əsəd rejimi 24 uşağı, 13 qadını qətlə yetirib. 9-u uşaq, 1-i qadın olmaqla 18 nəfər YPG/PKK terror təşkilatı tərəfindən tələf edilib. İŞİD terror təşkilatı 1-i uşaq olmaqla 28 mülki vətəndaşı, İŞİD əleyhinə yaradılmış və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri 1 uşaq, 1 qadın və digər 7 nəfəri qətlə yetirib.

Qeyri-müəyyən qüvvələr isə ümumilikdə 119 mülki vətəndaşın ölümünə səbəb olub. Bunlardan 36-sı uşaq, 40-ı qadındır.

Öldürülənlərdən 2-si media nümayəndəsi, 2-si isə humanitar fəaliyyətlə məşğul şəxslər olub.

Hökumət qüvvələri mart ayında 26 nəfərə, YPG/PKK terror təşkilatı 2, digər qüvvələr isə 2 nəfərə işgəncə verərək öldürüb.

Qeyd edək ki, Suriyada bu ilin yanvar ayında 196, fevral ayında isə 246 mülki vətəndaş qətlə yetirilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button